Card image cap

Ə.Əmirov adına neft-qaz çıxarma idarəsinin rəisi ADNSU tələbələri ilə görüşüb

Noyabrın 23-də “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına neft-qaz çıxarma idarəsinin rəisi, ADNSU məzunu Ramin Quliyev “dəvətli professor” qismində İqtisadiyyat və Menecment (İMF) fakültəsinin “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının qonağı olub. Görüşdə Tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev, İMF-nin dekanı, dosent İlham Rüstəmov, kafedra müdiri, professor Qəzənfər Süleymanov, fakültənin fəxri professoru Həmid Abbasov, təcrübə rəhbəri, baş müəllim Çingiz Məmmədov və tələbələr iştirak edib.

Təmsil etdiyi qurum haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Ramin Quliyev idarənin iş prinsipi haqqında danışıb. Hazırda ölkədə peşəkar iqtisadçılara böyük ehtiyacın olduğu bildirən R.Quliyev tələbələrlə öz təcrübəsini bölüşüb.

Tədris ili müddətində “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının təşəbbüsü ilə daha bir neçə görüşün keçirilməsi nəzərdə tutulub.