Card image cap

ADNSU-da “Avropa İİV-ə test həftəsi” çərçivəsində maarifləndirici tədbir keçirilib

Noyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Avropa İİV-ə test həftəsi” çərçivəsində maarifləndirici tədbir keçirilib.

Tədbirdə QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna (İİV) görə laborator testlər keçirilib. Mərkəzin mütəxəssisləri İİV infeksiyası və ondan qorunma üsulları, sağlam və təhlükəsiz həyat tərzi barədə tələbələrə ətraflı məlumat veriblər.

Qeyd edək ki, tədbir 23-30 noyabr tarixlərində “Avropa İİV-ə test həftəsi” çərçivəsində keçirilir. Bu cür tədbirlərin keçirilməsində məqsəd İİV-in Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV-QİÇS barədə biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliğidir.