Card image cap

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Noyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib.

İnzibati-təsərrüfat işləri üzrə prorektor Adilxan Xəlilov qış mövsümünə hazırlığın vəziyyəti barədə hesabat verib.

Elmi katib, dosent Yetər Əliyeva müsabiqə və kvalifikasiya işləri barədə Elmi Şura üzvlərinə məlumat verib.

İclasda Qaz-neft mədən fakültəsinin dekanı, dosent Qafar İsmayılov illik hesabat verib.

Elmi Şuranın iclasında həmçinin ADNSU ilə New York City Universiteti aparılan danışıqların yekunları, tələbələrin 14 həftəlik təcrübələrinin təşkilinə hazırlıq, E-universitet sisteminə materialların yerləşdirilməsinin vəziyyəti, tədrisin keyfiyyəti, nizam-intizam və s. məsələlər müzakirə olunub.