Card image cap

ADNSU-nun Tələbə Gənclər Təşkilatının üzvləri Bilgəh Qocalar və Əlillər evində olub

Noyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Univeristetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) Xeyriyyə Klubunun üzvləri Heydər Əliyev Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Bilgəh Qocalar və Əlillər evində olublar.

Tələbələr Qocalar və Əlillər evinin direktoru Qətibə Əsədova ilə görüşərək burada yaşayan qocaların sayı və yaşayış şəraiti haqqında məlumat əldə ediblər. Hazırda Bilgəh Qocalar və Əlillər evində yaşayan 221 nəfər hər cür qayğı ilə əhatə olunub, onlar üçün lazımi şərait yaradılıb.

Sonra tələbələr burada yaşayan qocaları ziyarət edib, onlara müxtəlif hədiyyələr təqdim ediblər. Tələbələr həmçinin Bilgəh Qocalar və Əlillər evinin kitabxanası ilə tanış olub, ziyalı qocalarımızla görüşüblər.