Card image cap

ADNSU-da Beynəlxalq Əməkdaşlıq Şöbəsinin “Məlumat günü” keçirilib

Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin (BƏŞ) “Məlumat günü” keçirilib.

Tədbiri giriş sözü ilə açan BƏŞ-in müdiri, professor Ulrix Eberhardt şöbənin fəaliyyət istiqamətləri, görülən işlər, tələbələr üçün nəzərdə tutulan mübadilə proqramları, yay məktəbi, “Germany study program”, həmçinin alman, ingilis dili kursları və təlimlər haqqında ümumi məlumat verib.

Daha sonra tələbələrə Erasmus+ , Mevlana təhsil proqramları, eyni zamanda akademik mübadilə proqramlarının mahiyyəti, müddəti və qaydaları barədə məlumat verilib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.