Card image cap

ADNSU-da “Leykemiya ilə Mübarizə” İB-nin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Noyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə maarifləndici tədbir keçirilib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbirin əhəmiyyətindən danışaraq ali məktəblərdə bu kimi tədbirlərin keçirilməsinin önəmini qeyd edib.

Tədbirdə leykemiya xəstəliyi haqqında qısa videoçarx nümayiş olunub. Sonra “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin əməkdaşları geniş təqdimatla çıxış edərək təşkilatın bu vaxta qədər gördüyü işlər haqqında məlumat veriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Leykemiya ilə Mübarizə” İctimai Birliyi könüllülər və donorlar tərəfindən qan xərçənginə qarşı mübarizə aparan uşaqlara və onların ailələrinə dəstək məqsədi ilə qurulmuş qeyri-hökümət təşkilatıdır. Təşkilatın dəstəyi ilə mütəmadi olaraq müxtəlif xeyriyyə tədbirləri keçirilir və toplanılan vəsait xəstəlikdən əziyyət çəkən uşaqlara xərclənir.