Card image cap

ADNSU-nun nümayəndə heyəti Rusiyanın qocaman ali məktəbinin yubiley tədbirində iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada Ufa Dövlət Neft Texniki Universitetinin 70 illik yubileyinə həsr olunmuş təntənəli toplantıda iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı toplantıda çıxış edərək Ufa Dövlət Neft Texniki Universitetinin rektoru R.N.Baxtizini və ali məktəbin professor-müəllim heyətini 70 illik yubiley münasibətilə təbrik edib. Rektor M.Babanlı iki ali məktəb arasında uzun illər mövcud olan əməkdaşlıq əlaqələri haqqında məlumat verib, bu sıx əlaqələrin gələcəkdə daha da gücləndirilməsini arzulayıb. O UDNTU-nun rektoru, professor R.N.Baxtizin kimi alimin məhz Bakıda, akademik A.X.Mirzəcanzadənin rəhbərliyi altında ADNSU kimi təhsil ocağında yetişdiyini qeyd edib. Rektor M.Babanlı hazırda R.N.Baxtizinin Rusiya və Azərbaycan ali məktəbləri Assosiasiyanın həmsədri olduğunu da qeyd edib.