Card image cap

ADNSU-da Azərbaycan kinosunun 120 illiyinə həsr olunan tədbir keçirilib

Dekabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan Kinosu Günləri” proqramı çərçivəsində tədbir keçirilib.

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi Cəmil Quliyev, eləcə də universitetin professor- müəllim heyəti və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan rektor, professor M.Babanlı ADNSU-da belə bir əlamətdar tədbirin keçirilməsindən qürur hissi keçirdiyini bildirib. Azərbaycan kinosunun şanlı tarixindən və maraqlı kino incilərindən söz açan rektor M.Babanlı ölkədə xüsusən də Neft Bumu dövründə çəkilən filmlərin tarixi əhəmiyyətini vurğulayıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının I katibi C.Quliyev öz çıxışında 120 il ərzində şərəfli yol keçən Azərbaycan film tarixinin neft ilə xüsusi bağlılığı olduğunu qeyd edib. Neftin Azərbaycan Kinematoqrafiyasında simvolik mənası olduğunu bildirən C.Quliyev həmin dövrdə çəkilən bir çox filmlərin ana xəttinin məhz neftə aid olduğunu vurğulayıb. C.Quliyev vaxtı ilə ölkənin şanlı neft tarixində mühüm rol oynayan ADNSU-da Azərbaycan filminin 120 illiyinə həsr olunan tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Daha sonra Azərbaycan xalqının qəhrəman oğullarının şücaətlərindən bəhs edən, Milli Qəhrəmanlarımız Allahverdi Bağırov və Ələkbər Əliyevə həsr olunan 2 film nümayiş olunub