Card image cap

ADNSU-da general Hüseyn xan Naxçıvanski haqqında film nümayiş olunub

Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş “Azərbaycan Kinosu Günləri” proqramı çərçivəsində növbəti tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov prezident İlham Əliyevin Azərbaycan milli kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında sərəncamının əhəmiyyətindən danışıb. 

Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev vətənpərvərlik mövzusunun təbliğindən danışıb. Nazirliyin əsas fəaliyyət istiqmətinin məhz Azərbaycanın qəhrəman oğulları haqqında sənədli filmlərin təbliği oluğunu deyən E.Əliyev Azərbycan Milli Qəhrəmanlarınan bəhs edən 77 filmin çəkildiyini bildirib.

Daha sonra Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşun generalı Hüseyn xan Naxçıvanski “Qayıdış” filmi nümayiş olunub.