Card image cap

ADNSU-nun rektoru Ufa Dövlət Neft Texniki Universitetinin tələbələri ilə görüşüb

Dekabrın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  (ADNSU) rektoru, professor Mustafa Babanlı Ufa Dövlət Neft Texniki Universitetinin (UDNTU) tələbələri ilə görüşüb.

Tələbələri universitetdə görməkdən məmnun olduğunu deyən rektor, professor M.Babanlı ADNSU-da görülən işlər, tədris və imtahan prosesi eləcə də ixtisalar haqqında qonaqlara məlumat verib. Ufa universitetləri ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan rektor M.Babanlı bu əməkdaşlıq çərçivəsində tələbə mübadiləsini daha da genişləndirməyi vacib hesab etdiyini deyib.

ADNSU-ya göstərilən etimada və dəvətə görə təşəkkür edən UDNTU dosenti Pyotr Alekseeviç Kulakov ADNSU-nun maddi-texniki bazası ilə yaxından tanış olduqlarını deyib. Buradakı təhsil imkanlarını yüksək qiymətləndirdiklərini deyən tələbələr səfər müddətində zəngin təcrübə qazandıqlarını vurğulayıblar.

Qeyd edək ki tələbə mübadiləsi çərçivəsində UDNTU-nun 6 nəfər tələbəsi ADNSU-da bir həftəlik təhsil səfərində olub. Səfər çərçivəsində UDNTU-nun texnoloji və maşınqayırma avadanlıqları kafedrasının dosenti P.A.Kulakov neft-mexanika fakültəsində seminar keçib.