Card image cap

UFAZ-ın “Qonaq Mühazirə” layihəsinin növbəti qonağı: Strasburq Universitetinin professoru Marie-Claire Pierret

Dekabrın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) Fransadan dəvət olunmuş Strasburq Universitetinin geokimya üzrə professoru Marie-Claire Pierret-in Fransız Milli CNRS Araşdırma İnstitutu tərəfindən təsis edilmiş “Strengbach Catchment” təhlükəli ərazisi haqqında mühazirəsi üçün ev sahibliyi edib.

Mühazirədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitunun elmi işçiləri Elnur Səfərov və Elşən Abdullayev, Xəzər Universitetinin Neft-qaz mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalov, eyni zamanda ADNSU və UFAZ tələbələri də iştirak edib.

Dinləyicilərə Strengbach Catchment-də aparılan pluridisiplinar tədqiqat işləri haqqında geniş məlumat verən xanım Pierret ekosistemlərin ekoloji pozuntulara qarşı gələcək cavablarını modelləşdirmək üçün dağlıq mühitlərdə su ehtiyatlarının qorunması, torpaq mineral məhsuldarlığı və meşələrin təhlükəsizliyi haqqında problemləri araşdırdıqlarını qeyd edib.

Sonda mühazirə iştirakçılarını maraqlandıran suallar professor Marie-Claire Pierret tərəfindən cavablandırılıb.