Card image cap

ADNSU ilə “Metak” şirkəti arasında memorandum imzalanıb

Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, prorektorlar, eləcə də Neft-mexanika və Kimya-texnologiya fakültələrinin professor-müəllim heyəti “Metak” şirkətində olub.

ADNSU-nun rektoru, professor M.Babanlı və nümayəndə heyəti Metak şirkətinin 3 istehsalat laboratoriyasında olub, istehsal prosesi ilə tanış olublar. Daha sonra şirkət nümayəndələri çalışdıqları qurumun fəaliyyəti haqqında geniş məlumat veriblər.

Görüşdə həmçinin tərəflər arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb. Tələbələrin buraxılış işi mövzularının seçilməsi, istehsalat təcrübəsi, həmçinin magistrantların şirkətdə işləməsi barədə geniş söhbət aparılıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.