Card image cap

ADNSU-da daxili “Brain ring” yarışması keçirilib

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə daxili “Brain ring” intellektual yarışı keçirilib. Yarşda ADNSU-nun 7 fakültəsi, eləcə də BBA, ZU proqramları, SABAH qrupları və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) komandaları iştirak edib. Yarışda universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Gərgin keçən bilik mübarizəsindən sonra ADNSU-nun İqtisadiyyat və Menecment komandası yarışın qalibi adını qazanıb. Universitetin SABAH qruplarının komandası 2-ci, Azərbaycan-Fransız komandası 3-cü yeri tutub.

Sonda yarışın qaliblərinə mükafat və kubok təqdim olunub.