Card image cap

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti barədə Elmi Şura üzvlərinə geniş məlumat verib.

Daha sonra rektor Mustafa Babanlı Dissertasiya şuralarının fəaliyyəti haqqında çıxış edib.

Şurada Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov ADNSU-nun beynəlxalq əlaqələrinin vəziyyəti haqqında hesabatı dinlənilib.

İclasda Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov illik hesabat verib.

Elmi Şuranın iclasında ADNSU nümayəndə heyətinin Strasburq Universitetinə işçi səfərinin yekunlarına dair hesabat, İmtahanqabağı balların formalaşdırılmasında fənnin komponentlərinə görə yeni qiymətləndirmə cədvəlinin təsdiqi və və s. məsələlər müzakirə olunub.