Card image cap

ADNSU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib

Dekabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə tələbələri ürəkdən təbrik edib. 2018-ci ildə görülən işlərdən və əldə olunan nailiyyətlərdən danışan rektor, professor M.Babanlı qarşıdan gələn ilin daha uğurlu olacağına ümidvar olduğunu qeyd edib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə konsert proqramı baş tutub.