Card image cap

ADNSU-nun rektoru universitetin fəal tələbələri ilə görüşüb

Dekabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2018-ci ildə universitetin həyatında fəal iştirak edən tələbələrlə görüşüb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitet rəhbərliyi adından bütün tələbələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara öz uzun ömür, can sağlığı və fəaliyyətlərində uğurlar arzu edib. 2018-cı ildə ali məktəbdə görülən işlər haqqında qısa məlumat verən rektor Mustafa Babanlı növbəti ildə də ADNSU-nun uğurları üçün var gücü çalışacağını qeyd edib. Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının cari ildəki fəaliyyətini yüksək qiymətləndirən rektor M.Babanlı “Gənclik” mahnı və rəqs ansamblı, “Azneft” ŞHK komandası, İslam Həmrəyliyi İdman Federasiyasının V ağır atletika çempionatında gümüş mükafat qazanan Əliş Nəzərov və digər tələbələrə cari ildə ADNSU-nu uğurla təmsil etdiklərinə görə, öz təşəkkürünü bildirib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev bütün tələbələri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, 2019-cu ilin universitet üçün daha uğurlu olacağına əmin olduğunu bildirib.

ADNSU-nun Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə daim tələbələrə dəstək olduğu üçün rektor Mustafa Babanlıya təşəkkür edib və təşkilatın aktiv fəaliyyətinin bundan sonra da davam etdiriləcəyinə söz verib.