Card image cap

Azİİ Elektron Kitab Evində “20 Yanvar - Ümumxalq hüzn günü” adlı sərgi keçirilib

Yanvarın 17-də Azİİ Elektron Kitab Evində “20 Yanvar - Ümumxalq hüzn günü” adlı kitab sərgisi təşkil olunub.

Sərgidə 20 Yanvar hadisələrini əks etdirən kitab, qəzet, jurnal və məqalələr nümayiş olunub, həmçinin həmin hadisələri əks etdirən fotolardan hazırlanmış slaydlar kitabxananın motinorlarında göstərilib.

Sərgidən sonra təşkil olunan tədbirdə çıxış edən Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. Azərbaycanın öz müstəqilliyini şəhidlərin qanı bahasına əldə etdiyini deyən S.Mahmudova bu hadisələrin xalqımız tərəfindən heç zaman unudulmayacağını qeyd edib.

Daha sonra çıxış edən Azİİ Elektron Kitab Evinin əməkdaşları Bahar Babayeva və Şəmsiyyə Mustafayeva qeyd etdilər ki, həmin gün xalqımızın müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub.