Card image cap

ADNSU-nun “Azneft” ŞHK komandası ölkəmizi KiViN-2019 beynəlxalq festivalında təmsil edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azneft” Şən və Hazırcavablar Klubu (ŞHK) komandası Rusiyanın Soçi şəhərində Şən və Hazırcavablar Klubu komandalarının XXX Beynəlxalq yubiley festivalında (“KiViN-2019”) iştirak edir.

12-25 yanvar tarixlərində keçirilən festivalda Almaniya, Böyük Britaniya, İsrail, Özbəkistan, Qazaxıstan, Estoniya və digər ölkələrdən 500-dən çox komanda iştirak edir. Festival bir neçə turdan ibarətdir. İlk turun nəticələrinə görə komandalar müxtəlif statuslar alır. “Reytinq” onlara regionlararası və regional liqalarda iştirak hüququ verir. “Yüksək reytinq” sayəsində komandalar mərkəzi liqalarda çıxış edə bilərlər.

Xatırladaq ki, ADNSU-nun “Azneft” ŞHK komandası Azərbaycan Regional ŞHK liqasının 2016 və 2017-ci ilin ikiqat çempion tituluna layiq görülən və 5 oyun ərzində 7 kubok qazanan komanda kimi adını ŞHK tarixinə qızıl hərflərlə yazan yeganə komandadır. Komandamız Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “KİVİN-2018” XXIX Beynəlxalq ŞHK festivalında da müxtəlif ölkələrdən olan 654 komanda arasında uğurla çıxış edib.