Card image cap

ADNSU-nun nümayəndə heyəti İnönü Universitetində ezamiyyətdə olub

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Türkiyənin İnönü Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Energetika fakültəsinin dekanı, dosent Zakir Həsənov və fakültənin Elmi Tədqiqat Laboratoriyasının müdiri Fuad Məmmədov 17-19 yanvar tarixlərində Türkiyədə ezamiyyətdə olublar.

ADNSU-nun nümayəndə heyəti İnönü Universitetinin rektoru, prof. Dr. Ahmet Kızılay ilə görüş keçirib. Görüşdə iki ali məktəb arasında əməkdaşlıq əlaqələri müzakirə olunub, gələcək perspektivlər barədə söhbət aparılıb.

Səfər çərçivəsində İnönü Universitetinin Elektrik mühəndisliyi fakültəsi, Kompüter bölməsi, Elektrik və elektron mühəndisliyi bölməsi, həmçinin, universitetin Günəş Elektrik Stansiyası və Texnoparkının kollektivi ilə də görüş keçirilib.