Card image cap

İqtisadiyyat və Menecment fakültəsinin tələbəsi beynəlxalq yarışın qalibi olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin magistrantı İsgəndərbəy Hüseynov Rusiyada IV Beynəlxalq intellektual rəqabət müsabiqəsində iştirak edib. “Neft-qaz sənayesində hasilatın azalmasının qarşısının alınmasında müasir innovativ texnologiyaların tətbiqinin riyazi metodla təyini” mövzusundakı dissertasiyası ilə yarışa qatılan İ.Hüseynov birinci yerə layiq görülüb.

Müsabiqəyə təqdim olunmuş dissertasiyanın elmi rəhbəri dosent Kərim Kərimovdur.

Qeyd edək ki, beynəlxalq müsabiqəyə 569 universitetdən elmi iş təqdim olunub.