Card image cap

Azİİ Elektron Kitab Evində yeni “Fizika” dərsliyinin təqdimatı keçirilib

Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində “Fizika” kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Musavər Musayevin  yeni çapdan çıxmış “Fizika” dərsliyinin təqdimatı keçirilib.

Təqdimatda ADNSU-nun elm və texnika işləri üzrə prorektoru, t.e.d. Rauf Əliyarov, Energetika fakültəsinin (EF) dekanı, dosent Zakir Həsənov, Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova, həmçinin fizika kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak edib.

Təqdimatda bakalavrlar üçün ADNSU-nun yeni nəşri olan “Fizika” kitabının müasir tələblərə uyğun işlənib hazırlanmasında və fizika fənninin proqramına uyğun təkmilləşdirilmiş formada dərc olunmasından söz açılıb. Həmçinin qeyd edilib ki, kitabda klassik mexanik, nisbilik nəzəriyyəsi, molekulyar fizika və termodinamika, elektrodinamika, dalğa optikası, atom və nüvə fizikasının əsasları yığcam şəkildə şərh edilib. Daha sonra dərslik haqqında təəssüratlar dinlənilib və fikir mübadiləsi aparılıb.