Card image cap

ADNSU tələbələri XIV Respublika Universiadasında uğurlu nəticə göstərib

Martın 1-də tarixlərində Gəncədə ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadası start götürüb. Cüdo üzrə keçirilən yarışlarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 7 nəfər tələbə iştirak edib. Tələbələrimizdən 1 nəfər I, 3 nəfər II, 3 nəfər isə III yeri tutub.

Qeyd edək ki, Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası təşkilatının qərarına əsasən 2019-cu il üçün “Avropanın İdman Şəhəri” tituluna layiq görülməsi ilə əlaqədar stolüstü tennis və şahmat yarışlarının da Gəncə şəhərində keçirilməsi planlaşdırılıb.

Universiada yarışları oktyabrda başa çatacaq.