Card image cap

Polşalı nümayəndə heyəti ADNSU-da seminar keçib

Martın 6-da “Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin” (PMNTM) nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. PMNTM-nin  professoru Kriştof Kurekin rəhbərliyi ilə mərkəzin 3 nəfər nümayəndəsi Yaçek Qayevski, Yaçek Yaqielski, Lukas Kurpaşka universtetdə seminar keçib.

Seminarda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib. Tədbirdə çıxış edən professor Kriştof Kurek Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyəti və elmi təqdiqat obyekti, eləcə də əməkdaşlıq etdiyi şirkətlər haqqında geniş təqdimatla çıxış edib. Seminarda, həmçinin “Sənaye və növbəti nəsil üçün mexaniki tədqiqatlar” və s. mövzularda çıxışlar dinlənilib.

Daha sonra nümayəndə heyəti Azərbaycan-Fransız Universitetində (UFAZ) olub, ADNSU-nun “Lazer mərkəzi”, Nano materiallar və nanotexnologiylar elmi tədqiqat laboratoriyasını ziyarət ediblər.