Card image cap

ADNSU-da növbəti təlim baş tutub

Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin təşkilatçılığı ilə iş müsahibəsinə hazırlıqla bağlı növbəti təlim keçirilib.

Təlimdə Swift Engineering şirkətinin İnsan Resursları üzrə mütəxəssisi Çingiz Eyvazov tələbələrə işgüzar danışıqların aparılması,  iş mühitində konfliktlərin və stressin idarə olunması, həmçinin iş müsahibəsində davranış qaydaları haqqında ətraflı məlumat verib və geniş təqdimatla çıxış edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.