Card image cap

ADNSU-da Respublika Elm gününə həsr olunan seminar keçirilib

Martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) doktorantların Respublika Elm gününə həsr olunan seminarı keçirilib. Seminarda ADNSU-nun Doktorantura şöbəsinin müdiri, texnika elmləri doktoru, professor Lətafət Qardaşova iştirakçıları salamlayaraq onlara Respublika “Elm günü” barədə məlumat verib.

2018-ci ilin aprel ayının 9-da Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsindən danışan professor L.Qardaşova bu sərəncamın elm sahəsində vacibliyindən söz açıb. Növbəti illərdə də “Elm günü” ilə bağlı konfransın keçiriləcəyini qeyd edən professor L.Qardaşova bu konfransların dokorantlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sonra seminarda fakültələr üzrə doktorantların seçilmiş ən yaxşı məruzələri dinlənilib. Doktorantlardan Anaxanım Mütəllimova, Mirzə Xatirə, Dilarə Əsədova, Xanim Ağayeva, Jalə Muradova, Alcan Əmirov, Aydın Bayramov, Aytən Hümmətli məşğul olduqları elm sahələri üzrə çıxışlar ediblər. Müzakirələrdə həmçinin doktorantları maraqlandıran suallar cavablandırılıb.

Sonda professor L.Qardaşova doktorantların məruzələrinə münasibət bildirib və onlara gələcək fəaliyyətləri üçün tövsiyələr verib.