Card image cap

ADNSU-da SOCAR-ın Daxili Təqaüd Proqramının təqdimatı keçirilib

Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın Daxili Təqaüd proqramının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tədris işləri üzrə prorektoru dosent Qasım Məmmədov tədbir iştirakçılarını salamlayaraq ötən il SOCAR təqaüdü qazanan 76 nəfər qalibin 54-nün məhz ADNSU tələbəsi olduğunu vurğulayıb.

Sonra şirkətin İnsan Resursları Departamentinin nümayəndələri Cabir Süleymanlı və Səidə Qurbanova SOCAR-ın gənclərlə bağlı layihələrindən danışıb və Daxili Təqaüd Proqramları haqqında geniş təqdimatla çıxış ediblər.  

Proqramın mahiyyəti, seçim meyarları, müraciət qaydaları və üstünlükləri haqqında tələbələrə məlumat verən İnsan Resursları Departamentinin nümayəndəsi S.Qurbanova “Təqaüd müsabiqələr”inin qaliblərinin, həmçinin yaxşı nəticə göstərən tələbələrin gələcəkdə SOCAR-a işə qəbul zamanı müsabiqədənkənar işlə təmin olunduqlarını qeyd edib.  

Sonda tələbələrin sualları cavablandırılıb.