Card image cap

ADNSU-nun bir qrup tələbəsi DTX-nın Heydər Əliyev adına “Şöhrət” muzeyində olub

Martın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup tələbəsi, o сümlədən professor-müəllim heyəti Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.

Ulu öndərin büstünü ziyarət etdikdən sonra ADNSU nümayəndəheyəti muzeydə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Qeyd edək ki, DTX-nın Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi Ümummilli lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsini, gələcək nəsillərə çatdırılmasını təmin etmək məqsədi ilə 2006-cı il mart ayının 27-də açılıb.