Card image cap

ADNSU-nun rektoru magistratura səviyyəsində təhsil alan tələbələrlə görüşüb

Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetin magistratura səviyyəsində təhsil alan tələbələr və onların dissertasiya rəhbərləri ilə görüşüb.

Tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən rektor, M.Babanlı  gənclərin magsitratura və doktorantura təhsilinə olan marağından və bu sahədəki perspektivlərdən söz açıb, eyni zamanda qarşıda duran problem və çətinliklərdən danışıb. Bu il 550 nəfərə yaxın magistrantın universiteti bitirdiyini diqqətə çatdıran rektor M.Babanlı magistratura və doktoranturaya qəbulla bağlı universitetin hazırki vəziyyətindən, magsitraturada tədrisin keyfiyyəti, dissertasiya işlərinin vəziyyəti və antiplagiat sisteminin tətbiqindən danışıb. Həmçinin magistrantları universitetin ictimai həyatında fəal iştirak etməyə dəvət edən rektor M.Babanlı onları Məzun Karyera Sərgilərinə qatılmağı tövsiyə edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.