Card image cap

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Martın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə məlumat verib.

Tədris-metodiki Şöbəsinin müdiri, t.e.n., dosent Lətifə Məmmədova Tədris-metodiki Şurasının hesabatını təqdim edib.

İclasda İqtisadiyyat və Menecment fakültəsinin dekanı, dosent İlham Rüstəmov illik hesabat verib.

Elmi Şuranın iclasında, həmçinin ADNSU nümayəndə heyətinin Rusiyanın Xantı-Mansi şəhərinə və Türkiyənin İstanbul şəhərinə ezamiyyətinin hesabatı, 2018/2019-cu tədris ilinin sonuna qədər universitetin material-texniki bazasının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, ADNSU-nun 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin, işçi komissiyasının tərkibi və tədbirlər planı, 4-cü kurs bakalavr və 2-ci kurs magistr tələbələrinin təcrübələrinin təşkili və s. məsələlər müzakirə olunub.