Card image cap

Azİİ Elektron Kitab Evində azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi keçirilib

Martın 29-da Azİİ Elektron Kitab Evində 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş kitab sərgisi təşkil edilib.

Sərgidə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər, azərbaycanlıların soyqırımına məruz qalmasına dair kitab, qəzet, jurnal və məqalələr nümayiş olunub.

Sərgidə eyni zamanda “Azərbaycanlıların soyqırımı – Tarixin qanlı salnaməsi”, M.Səid Ordubadinin “Qanlı illər”, Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti”, Cəlal Əliyev və akademik Budaq Budaqovun “Türklər, azərbaycanlılar, ermənilər - tarixi həqiqətin soyqırımı” kitabları yer alıb.