Card image cap

“Worldoil.com” saytında ADNSU haqqında məqalə dərc olunub

Dünyada neft-qaz sahəsi ilə bağlı ən son məlumatları və texnoloji inkişafı əhatə edən yenilikləri yayımlayan worldoil.com saytında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) haqqında xəbər dərc edilib. “Weir şirkəti ilə ADNSU maarifləndirməyə dair əmkdaşlıq memorandumu imzaladı” başlıqlı yazıda şirkətlə universitet arasında 28 mart tarixində imzalanmış memorandum barədə məlumat verilib. Xəbərdə, həmçinin qeyd olunub ki, Weir şirkəti ilə ADNSU arasındakı əməkdaşlıq neft və qaz sahəsində olan təcrübələri seminarlar, birgə layihələr və təcrübə proqramları vasitəsilə bölüşmək məqsədi daşıyır. Bundan əlavə nəzəriyyə və təcrübə arasındakı boşluğu aradan qaldırmaq üçün tələbələrə şirkətdəki qurğularla işləmək, onların düzgün istismarı və sınaqdan keçirilməsi qayadaları, eləcə də xüsusi avadanlıqların layihələndirilməsi və işlənməsi üzrə seminarların təşkili məsələləri yer alıb.