Card image cap

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

Aprelin 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ADNSU üzrə ərazi ilk partiya təşkilatının hesabat - seçki yığıncağı keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova, həmçinin universitetin fakültə və şöbələrini təmsil edən fəal YAP üzvləri - professor-müəllim heyəti və tələbələr iştirak edib. Hesabat – seçki yığıncağı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

ADNSU-nun YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova tədbir iştirakçılarını iclasın gündəliyi ilə tanış etdikdən sonra iclası açıq elan edib.

ADNSU gənclərinin YAP təşkilatının nümayəndəsi Ülvi Rəcəbli son 3 ildə ADNSU-nun YAP ilk təşkilatının gördüyü işlər və fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib.

Rektor, professor Mustafa Babanlı YAP-a üzv olmağın məsuliyyətindən danışıb və ADNSU-da YAP üzvü olan gənclərin faliyyətini yüksək qiymətləndirdiyini deyib. Rektor M.Babanlı gənclərin bundan sonra da fəaliyyət dairələrini daha da genişləndirəcəklərinə ümidvar olduğunu bildirib.

YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı da çıxışında ADNSU gənclərinin aktiv fəaliyyətindən danışıb və YAP-ın yeni üzvlərini daha da fəal olmağa çağırıb.

Tədbirdə YAP Gənclər Birliyinin üzvü Salman Salmanov YAP-da gənclərlə əlaqədar görülən işlərdən söz açıb və yeni üzvlərə öz tövsiyələrini verib.

Daha sonra hesabat seçki yığıncağının qərar layihəsi oxunub. Həmçinin YAP Gənclər Birliyinin idarə heyəti üzvlərinin adları açıqlanıb.  

Sonda ADNSU-nun Yeni Azərbaycan Partiyasına üzv olan 30 nəfərə partiya biletləri təqdim olunub. Daha 15 nəfərin müraciəti isə qəbul olunub.