Card image cap

BP nümayəndəsi ADNSU tələbələrinə təlim keçib

Aprelin 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) BP Azərbaycan "Universitet tələbələri üçün Mentorluq Proqramı" çərçivəsində təlim keçirilib.

Təlimdə BP-nin İnsan resursları üzrə məsləhətçisi Çinarə Əhmədova tələbələrə mentorluq proqramının ümumi icmalı, məqsədi və s. barədə geniş təqdimatla çıxış edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.