Card image cap

“İdarəetmə və Sistemlər Mühəndisliyi” kafedrasında keçmiş məzunlarla görüş keçirilib

Aprelin 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “İdarəetmə və Sistemlər Mühəndisliyi” kafedrasında universitetin keçmiş məzunları ilə görüş keçirilib. Tədbirdə kafedra müdiri, professor Fərid Ağayev, Azİİ-nin 1986-cı il məzunları, həmçinin kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.

Məzunları yenidən doğma ali məktəbdə görməkdən məmnun olduğunu deyən prof. Fərid Ağayev son illərdə universitetdə həyata keçirilən islahatlar, həmçinin kafedradakı yeniliklər barədə məlumat verib.

Tədbirin davamında Azİİ məzunu, Rusiya Elmlər Akademiyasının "İdarəetmə Prosesləri İnstitutu"nun direktoru, t.e.n. Rafiq Ağayev “Dəvətli professor” qismində “Modelləşdirmə” mövzusunda mühazirə keçib.