Card image cap

ADNSU-nun basketbol komandası XIV Respublika Universiadasının qalibi olub

Martın 1-dən start götürən ali təhsil müəssisələri tələbələrinin XIV Respublika Universiadası davam edir. Müxtəlif idman növləri üzrə keçirilən yarışlarda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri də iştirak edirlər.

Basketbol idman növü üzrə keçirilən yarışlarda ADNSU-nun komandası uğurla çıxış edib. Tələbələrimiz finalda Azərbaycan Dövlət İqtisad Universitetinin komandasına 49-35 hesabı ilə qalib gələrək 1-ci yeri tutub.

Universiada yarışları oktyabrda başa çatacaq.