Card image cap

Fəlsəfə İnstitutunun şöbə müdiri ADNSU tələbələrinə mühazirə keçib

Aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə “dəvətli professor” qismində  “İctimai fənlər” kafedrasının qonağı olub.

Görüşdə kafedranın professor-müəllim heyəti və tələbələr iştirak edib.

Könül Bünyadzadə tələbələrə "Səni sən edən nədir? - Gəncliyin fəlsəfəsi" mövzusunda çıxış edib.

Sonda tələbələrin sualları cavablandırılıb.