Card image cap

ADNSU-da yol hərəkətinin təhlükəsizliyinə dair tədbir keçirilib

Aprelin 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yol hərəkətinin təhlükəsizliyi istiqamətində maarifləndirici tədbir keçirilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamından irəli gələrək baş tutan tədbirdə ADNSU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev bu cür maarifləndirici tədbirlərin yol qəzalarının sayının azalmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib, sürücü və piyadaların yol hərəkəti zamanı məsuliyyəti barədə məlumat verib.

Tədbirdə əsas diqqət yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində bilik və təcrübələrinin bölüşdürülməsinə, risk faktorlarının qarşısının alınması üçün təhlillərin aparılmasına yönəldilib, operativ tədbirlərin götürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.