Card image cap

Türkiyənin Atılım Universitetinin nümayəndə heyəti ADNSU-da olub

Mayın 2-də Türkiyənin Atılım Universitetinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Görüşdə ADNSU-nun tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Qaz-neft-mədən fakültəsinin dekanı, professor Qafar İsmayılov, həmçinin  Əcnəbi Tələbələrlə iş üzrə dekan Yaşar Həsənov və digərləri iştirak edib.

Qonaqları salamladıqdan sonra tədris işləri üzrə prorektor, dosent Q.Məmmədov universitetdə tədris prosesi, fakültələr, beynəlxalq əməkdaşlıq, startap layihələri haqqında qonaqlara geniş məlumat verib.

Görüşdən məmnun olduqlarını bildirən Atılım Universitetinin nümayəndə heyəti təmsil etdikləri ali təhsil müəssisəsi haqqında geniş təqdimatla çıxış və əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.