Card image cap

ADNSU-nun Azİİ Elektron Kitab Evində növbəti kitab sərgisi keçirilir

Mayın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azİİ elektron kitab evində “İnformasiya aylığı” çərçivəsində növbəti kitab sərgisi təşkil olunub. Sərgidə aprel ayı ərzində kitab evinin fonduna daxil olmuş Azərbaycan, rus və ingilis dillərində olan  kitablar və digər nəşrlər yer alıb. Həmin nəşrlər Azİİ e-kitab evinin elektron kataloquna daxil olunub, istifadəçi-oxucular üçün hazırlanıb və oxu zalında  açıq rəf üsulu vasitəsilə  istifadəyə verilib.

Həmçinin kitab evində AMEA-nın müxbir üzvi, görkəmli akademik, Şöhrət ordenli, karikaturaçı rəssam Kərim Kərimov tərəfindən yazılmış və müxtəlif elm sahələrinə aid olan 34 adda hədiyyə olunmuş kitabların da sərgisi təşkil olunub.

Qeyd edək ki, kitablardan yararlanmaq istəyənlər kitab evinin oxu zalına müraciət edə bilərlər.