Card image cap

Coca-Cola Azərbaycan şirkəti ADNSU-da tələbələrlə görüş keçirib

Mayın 3-də Coca-Cola Azərbaycan şirkətinin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrlə görüş keçirib. Görüşdə şirkət Menecment Təcrübə Proqramı haqqında tələbələrə ətraflı məlumat verilib və geniş video təqdimat nümayiş olunub.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, Menecment Təcrübə Proqramı sonuncu kurs və ya magistratura dərəcəsində təhsil alan tələbələr, həmçinin son 2 ildə məzun olmuş gənclərə şamil edilir. Təcrübəçilərə şirkət tərəfindən aylıq əmək haqqı ödənilməsi nəzərdə tutulur. Bu proqram Gündəlik Tələbat Malları (FMCG) sahəsinin müxtəlif aspektlərində iş təcrübəsi, kompleks problemləri həll etmək üçün bacarıq və peşəkar təcrübəni inkişaf etdirmək, həmçinin insanlarla yeni əlaqələr qurmaq və iş həyatında da tez-tez qarşıya çıxan çətinlikləri təcrübədən keçirmək imkanı verir.