Card image cap

Azİİ Elektron Kitab Evində ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunan sərgi təşkil olunub

Mayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev" adlı kitab sərgisi təşkil edilib.

Sərgidə ulu öndərin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi, mədəni həyatında, beynəlxalq əlaqələrində dönüşün necə yaranmasını əks etdirən kitablar və digər nəşrlər yer alıb.