Card image cap

Azİİ Elektron Kitab Evində “31 mart - tariximizin, faciəli səhifəsi” adlı kitabın təqdimatı keçirilib

Mayın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Azİİ Elektron Kitab Evində “31 mart - tariximizin, faciəli səhifəsi” adlı kitabın təqdimatı keçirilib. “İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” tərəfindən işıq üzü görən kitab tarix boyu erməni vandalizminin qurbanı olan bütün şəhidlərimizin xatirəsinə ithaf olunub.

Təqdimatda elmi işlər üzrə prorektor, professor Rauf Əliyarov, Azİİ e-kitab evinin direktoru Səlahət Mahmudova, İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev, professor İradə Nuriyeva və tələbələr iştirak ediblər. Tədbir 1918-ci ilin mart ayının 30-dan başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar və xalqımızın ciddi təhrifə uğramış bu səhifələrini yenidən həqiqi meyarları ilə işıqlandırmaq baxımından  müzakirələrə həsr olunub.