Card image cap

ADNSU-da “Biomüxtəliflik və cəmiyyət” mövzusunda seminar keçirilib

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Canlı Aləmin Mühafizəsi" İctimai Birliyinin təşkilatçılığı ilə “Biomüxtəliflik və cəmiyyət” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçılara rektor, professor Mustafa Babanlının salamını çatdırdıqdan sonra tədbirin əhəmiyyətidən danışıb.

Tədbirdə çıxış edən "Canlı Aləmin Mühafizəsi" İB-nin sədri Mənsurə Rəsulzadə bioaləm və biomüxtəliflik barədə ümumi məlumat verib, eyni zamanda bu sahədə mövcud problemlər və həlli yolları üçün müasir dünya təcrübəsindən danışıb. Tədbirdə həmçinin heyvanların təbiətdə və həyatımızdakı əhəmiyyəti, onların idarə edilməsi, onlarla davranma qaydaları və qayğı dünya təcrübəsinə əsaslanaraq izah edilib.