Card image cap

ADNSU-nun SABAH qruplarının tələbələri Sumqayıt Kimya Sənaye Parkının Tədris Mərkəzində olublar

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının “Proseslərin avtomatlaşdırılması” ixtisası üzrə təhsil alan tələbələri Sumqayıt Kimya Sənaye Parkının Tədris mərkəzində olublar. Mərkəzin əməkdaşları tələbələrə Parkda olan müəssisələrin fəaliyyəti haqqında geniş təqdimat ediblər.

Daha sonra tələbələr MST şirkətində cihazların kalibrovka prosedurları ilə tanış olublar.