Card image cap

ADNSU-da Tələbələrarası İntellekt Olimpiadası keçirilib

Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Tələbələrarası İntellekt Olimpiadası keçirilib. Yarışmanın 1-ci turunda tələbələr 100 dəqiqə ərzində yazılı şəkildə dünyagörüşünə aid 50 qapalı test həll ediblər. İntellekt Olimpiadasında 100-ə yaxın tələbə iştirak edib.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümünə həsr olunmuş olimpiadada yüksək nəticə göstərən tələbələrə müxtəlif hədiyyə və mükafatlar təqdim olunacaq.