Card image cap

ADNSU-da tələbələrə biznes təlimi keçilib

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə gənc biznesmen Elvin Dadaşsoyla görüş keçirilib.

Görüşdə Elvin Dadaşsoy tələbələrə şəxsi təcrübəsindən danışaraq biznesə başlamaq üçün görülməsi zəruri işləri izah edib.

Təlim müddətində biznes sahəsi ilə maraqlanan tələbələrin sualları cavablandırılıb.