Card image cap

ADNSU-nun professoru Rusiyada beynəlxalq konfranslarda iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Univrsitetinin (ADNSU) “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyev 13-15 may tarixlərində Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Viktor Antonoviç Sadovniçinin 80 illiyinə həsr olunmuş “Riyaziyyat ve mexanikanın müasir problemleri” adlı beynəlxalq elmi konfransda iştirak edib.

Konfrans çərçivəsində professor Araz Əliyev mühazirə ilə çıxış edib.

Konfrans zamanı akademik V.A.Sadovniçi tərəfindən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin superkompüter komplekslərinin fəaliyyəti barədə məlumat verilib.

Viktor Sadovniçi ilə görüşü zamanı yubilyara ADNSU-nun rektoru, prof. Mustafa Babanlının təbriklərini çatdıran Araz Əliyev ona rektor tərəfindən imzalanmış təbrik ünvanı təqdim edib. Söhbət vaxtı Sadovniçiyə universitetdə görülən işlər, aparılan islahatlar barədə məlumat verilib. Azİİ-nin gözəl ənənələrə malik ali məktəb olduğunu bildirən Viktor Sadovniçi rektor Mustafa Babanlıya təşəkkürünü ifadə edib.