Card image cap

Neft-mexanika” fakültəsində istehsalat müəssisə rəhbərləri ilə silsilə görüşlər davam edir

     Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-mexanika” fakültəsinin ixtisasları üzrə bakalavr ali peşə-ixtisas dərəcəsinin mühəndis kvalifikasiyalı savadlı kadr hazırlığının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər planı çərçivəsində istehsalat müəssisə rəhbərləri ilə silsilə görüşlər keçirilib.

      

     Görüşdə fakültə “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, Azərbaycan Elmi-Tədqiqat Layihə konstruktor Neft Maşınqayırma institutu (AZİNMAŞ) ASC-nin İdarə heyətinin sədri – Əliyev Ə.H., SOCAR-ın “Neftqazelmitədqiqatlayihə“ institutunun şöbə müdiri, t.e.n. – Kazımov Ş.P.,  “Bakı neft-mədən avadanlıqları” ASC-nin Texniki İstehsalat şöbəsinin rəisi,t.e.n. – Nəbiyev A.D  və fakültənin professor-müəllim heyəti iştirak edib. Tələbələrin il ərzində tədrislə paralel gündəlik təcrübə keçməsi imkanlarının müzakirəsi aparılıb.

    

İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.