Card image cap

Azİİ Elektron Kitab Evində yeni nəşrlərin təqdimatı keçirilib

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Azİİ Elektron Kitab Evində “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının dosentləri Arif Əzizov, Zərifə Əfəndiyeva və Xarici Dillər-1 kafedrasının ingilis dili müəllimi Lamiyə Babayevanın müəllifləri olduqları “Rusca-Azərbaycanca-İngiliscə Dağ-Mədən lüğəti”, eyni zamanda Arif Əzizovla birgə kafedranın digər əməkdaşları Maral Əliyeva və Mehriban Ağaməmmədovanın müəllifləri olduqları “Suxurların partlayışla dağıdılması fənnindən laboratoriya işləri və məşğələ dərsləri” adlı metodik vəsaitinin təqdimatı keçirilib.

Tədbirdə ADNSU-nun elm və texnika işləri üzrə prorektoru, professor Rauf Əliyarov, Azİİ e-kitab evinin direktoru Səlahət Mahmudova, “Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi” kafedrasının müdiri Rasim İsmayılov, həmçinin universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib. Təqdimatda hər iki vəsaitin dağ-mədən sahəsində çalışan alim və mütəxəssislər, eyni zamanda ali təhsil müəssisələrinin bakalavr və magistr və doktorantları üçün əhəmiyyəti qeyd edilib.

Tədbirdə yeni nəşrlər haqqında ətraflı müzakirələr aparılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.