Card image cap

ADNSU-nun əməkdaşı beynəlxalq konfransda çıxış edib

Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dağlar: Mədəniyyətlər, Landşaftlar və Biomüxtəliflik” adlı Beynəlxalq konfrans təşkil olunub.

Tədbirdə dağ landşaftlarının xüsusiyyətləri, məskunlaşmanın vəziyyəti, dünyanın müxtəlif ölkələrində bu sahədəki problemlər, perspektivlər, dağlıq ərazilərdə infrastruktura, təhsil və müxtəlif xidmətlərə çıxış imkanlarının təmin olunmasının vacibliyi məsələləri, dağların mühafizəsi sahəsində həyata keçirilən layihələr və s. müzakirə olunub.

Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Cihazqayırma mühəndisliyi” kafedrasının laborantı Kalam Məlikov “Studying of Genetic Biodiversity of the Azerbaijan and Turkey Olive varieties” mövzusunda çıxış edib.

Qeyd edək ki, konfransda dünyanın 40-dək ölkəsindən xarici tədqiqatçılar, eləcə də yerli mütəxəssislər iştirak ediblər. Konfrans “Dağ ekosistemləri, ekoloji və bioloji müxtəliflik”, “Dağ landaşftları”, “Dağ Mədəniyyətləri”, “Dağ turizmi və Rekreasiya” sessiyaları üzrə keçirilib.